Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac edib.
Eləcə də bax: "Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lapis-Lazuli” marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.
Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri 5 milyon ABŞ dolları qiymətləndirilir.
Telekanalın məlumatına görə, bu mal partiyası “Taliban” ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır. (Qafqazinfo)