Azərbaycan supermarketlərində Yeni Zelandiyadan idxal edilən kərə yağlarından əksəriyyətinin qiyməti bahalaşıb. Supermarketlərdə kərə yağları son həftə ərzində 10%-dək bahalaşıb.
Eləcə də bax: 42 milyon dollar daha çox xərclənib, lakin ötənilki qədər - Duru Yağ Alınmayıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, marketlərdəki podratçılar kərə yağının bahalaşmasının tam səbəbini açıqlamır.
Yeni Zelandiya yağı olan “WestGold”un hər kiloqramı ötən günə qədər “Bizim Market”, “Bravo Supermarket” və “Neptun Supermarket”də 16.20 manata olduğu halda, hazırda 17.70 manata qədər bahalaşdırılıb. “Rahat Supermarket”də isə “WestGold”un hər kiloqramı son həftə ərzində 16.20-dən 17.70 manata qədər bahalaşıb. Frençayzinqlə çalışan marketlərdə isə bu kərə yağı hətta 19.90 manat/kq qiymətində satılır.
Delta Group CO MMC tərəfindən Azərbaycan bazarına çıxarılan və “Anchor” markada supermarketlərdə ticarət olunan kərə yağının qiymətlərində də bahalaşma var. Məsələn, bu kərə yağı “Rahat”, “Araz”, “BazarStore”, “Bizim Market” və Neptun” supermarketlərdə 16.20 manat/kq-dan 17.70 manat/kq-ya qədər bahalaşıb. Lakin “Bravo Supermarket”də hələki qiymətlər əvvəlkində – 16.10 manat/kq-dadır.
Alman yağ markası “Gerda” isə əksər supermarketlərdə hazırda 17.50 manat/kq qiymətində ticarət edilməkdədir.
Adının çəkilməsini istəməyən mənbə isə bildirir ki, artıq son həftədə kərə yağlarının qiymətlərində bahalaşma sentybarın ikinci dekadasından başladığını yazır.