Azərbaycan xaricdən idxal etdiyi buğdanı 2019-cu ildə daha baha qiymətə alıb.
Eləcə də bax: Azərbaycan buğda idxalını - 65% ARTIRIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycana xaricdən 2019-cu il ərzində 1,6 milyon tonluq buğda gətirilib. Bu buğdanın isə ümumi dəyəri 340,53 milyon ABŞ dolları həcmində olması deməkdir. Həmin müddətdə idxalda buğdanın payı 2,49% təşkil edirdi.
Ölkəyə 2018-ci il ərzində idxal olunan buğdanın həcmi 1,08 milyon olmaqla, 205,97 milyon dollar təşkil etmişdi – həmin il ümumi idxalda payı cəmi 1,8% idi.
Maraqlı göstəricilərdən biri ölkəyə gətirilən buğdanın 1 kq üzrə dəyəri 2019-cu ildə 0,21 ABŞ dolları təşkil edib. Bu isə ölkənin buğdanı xaricdən 2018-ci illə müqayisədə 10,5% daha baha qiymətə alması deməkdir.
Bu rəqəm sonuncu dəfə 2015-ci ildə (bildirməliyik ki, həmin ilin sonuna qədər 1 dollar 1,01 manat dəyərində idi) 0,21 USD/kq təşkil etmişdi.
Mənbə: DGK