Səudiyyə Ərəbistanı Türkiyə istehsalı olan məhsulları boykot edib. Aylardır davam edən qeyri-rəsmi boykot verilən qərarla rəsmiləşib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı Türkiyədən heyvan mənşəli məhsulların idxalını - Qadağan Etdi
FED.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb. Bildirilib ki, Ərəbistana ət məhsulları, bal, süd, yumurta kimi digər kənd təsərrüfatı məhsullarının rəsmi qaydada idxalı dayandırılıb.
Qeyd olunub ki, Ankara və Ər-Riyad münasibətlərinin gərginləşməsindən sonra belə bir addım atılıb. (Qafqazinfo)