Səudiyyə Ərəbistanı, Türkiyədən ət, süd, yumurta, bal və balıq idxalını 15 Noyabr 2020-ci il tarixindən etibarən dayandırıb.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Türkiyənin heyvan mənşəli məhsullarına embarqonu siyasi səbəblərə görə tətbiq etdiyi bildirilir.
Səudiyyə Ərəbistanı bir müddətdir Türkiyədən məhsulların idxalını məhdudlaşdırır.
Sektor nümayəndələri Səudiyyə Ərəbistanının qərarının Türkiyənin illik 2,5 milyard dollarlıq heyvan mənşəli məhsullar ixracına çox təsir etməyəcəyini bildirirlər. Çünki son 12 ayda Səudiyyə Ərəbistanı Türkiyənin 6-cı böyük ixracat bazarı mövqeyindən 22-ci yerə geriləyib. (Marja)