Türkiyənin Səudiyyə Ərəbistanına ixracı dayanma nöqtəsinə gəlib. Səudiyyəlilər 3 ay gözlətdikdən sonra Türkiyənin konteynerlərini geri göndərirlər.
Eləcə də bax: Səudiyyənin Türkiyəyə qarşı - Boykotu Rəsmiləşdi
FED.az xəbər verir ki, iki ölkə arasındakı ticarətdə son dövrdə gündəmə gələn problemləri qiymətləndirən "Digicom"un İdarə heyətinin sədri Sabri Yiğit, Səudiyyə Əəbistanının Türkiyə məhsullarını boykotunun beynəlxalq ticarətə zidd olduğunu söyləyib.
Sabri Yiğit, "Məhsullarımız anbarlarda 3 ay gözlədikdən sonra konteynerlərimizi geri göndərirlər. Bizim 6 konteynerimiz var. Türkiyəyə geri göndərilən cəmi Türk konteyneri sayı 120 ətrafındadır. Bunlar arasında rəf ömürü məhdud olan məhsullar var. Məsələn, 16 ay qədər rəf ömürü var, amma gömrükdə gözləmələr ilə 6 ay itiririk. Bu səbəbdən məhsullarımız istifadə edilməz hala gəlir" deyəib.
Yiğit, "Ümid edirik ki, iki ölkə arasındakı diplomatiya vəziyyəti bir müddətdə yaxşılaşdıracaqdır" deyib.(Marja)