2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 940,4 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
Azərbaycanda əhali bu il 46,4 milyard manatlıq alış-veriş edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 0,4% çoxdur.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,2% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Təkcə sentyabr ayı ərzində əhali 202,4 milyon manatlıq içkilər və tütün məmulatları alıb.