Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzla görüşüb.
Eləcə də bax: Gömrük Komitəsi büdcə öhdəliyini - 124% YERİNƏ YETİRİB
FED.az xəbər verir ki, Səfər Mehdiyevin Tvitterdə yazdığı məlumata görə, görüşdə DGK ilə BP şirkəti arasında qurulan səmərəli əməkdaşlıqdan məmnunluqla söhbət açılıb, qarşılıqlı əlaqələrin perspektivləri barəsində fikir mübadiləsi aparılıb.