Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58% yerinə yetirib.
FED.az xəbər verir ki, bu barədə “Twitter“ hesabında Komitənin sədri Səfər Mehdiyev yazıb.
O bildirib ki, ilkin məlumata görə, 1 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 mln. manat çoxdur. (Apa)