Azərbaycanda Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “XİM POLİMER” MMC barəsində iddia qaldırıb.
«Az Estetik Group» başqa şirkətin əmtəə nişanından istifadə etməkdə günahlandırılır - İŞ QALDIRILDI
FED.az xəbər verir ki, şirkət “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulmasında təqsirləndirilir.
Bildirilir ki, şirkət barəsində DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqların aşkar edilib və bununla bağlı 2 mart 2023-cü il tarixində araşdırılma aparılıb.
Qeyd edək ki, araşdırmanın mövzusu ilə bağğı göstərilən «Haqsız rəqabət haqqında» Qanunun 9-cu maddəsi “İstehlakçıların çaşdırılması” ilə bağlıdır.
Həmin maddənin 2-ci abzasında qeyd edilir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi.
Beşinci abzasında qeyd edilir: əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi.
Qeyd edək ki, «XİM POLİMER» MMC 2014-cü ildə yaradılıb və hazırda neft-kimya tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi, eləcə də tullantıların təkrar emal edilərək məhsul istehsalı üzrə ixtisaslaşıb. Şirkət bu sahədə Fövqəladə Hallar Nazirliyinin "İZOTOP" xüsusi kombinatı ilə əməkdaşlıq edir, eləcə də "Bahar Energi", "Baku Bus" MMC "Ələt Dəniz Limanı" və onlarla digər şirkətlərdən tullantı yağları qəbul edir, təkrar bərpa edib satışını həyata keçirir.
Şirkət mühərrik yağları, izolyasiya məhsulları, sənaye yağları və həlledicilər istehsl edir. 2014-cü ildə təsis edilib, 10 manat nizamnamə kapitalı var və ona Abbas Bəşirov Əvəz oğlu qanuni təmsilçilik edir.
Amma «XİM POLİMER»ə qarşı qaldırılan şikayət iddiası onun istehsal etdiyi deyl, idxal etdiyi məhsullarla bağlıdır.
Bir qədər əvvəl şirkətin İrandan idxal etdiyi mühərrik yağları ilə bağlı problem yaranıb. Şirkətin nümayəndəsi Elçin Mahmudov FED.az-a bildirib ki, gətirilən 1 avtomobil yükü gömrükdə rəsmiləşdirəndə İrandan idxal edilən mühərrik yağlarının üzərindəki etiketdə istehsalçı ölkənin adının olmadığı ortaya çıxıb. Gömrük orqanları bu məsələni şirkətin diqqətinə çatdırıblar və bu hal aktlaşdırılıb.
Şirkət təmsilçiləri bununla da problemin həll edildiyini düşünüblər, amma sonradan Gömrük Komitəsinin qurumunun müraciəti ilə Antiinhisar işinin açıldığını məlum olub.
E.Mahmudovun sözlərinə görə, «XİM POLİMER»də məsələnin belə ciddi şəkil alacağını gözləmirdilər: «Əgər bilsəydik ki bizdən şikayət ediləcək, yağı elə gömrükdən İrana qaytarıb çatışmazlığın aradan qaldırılmasını istəyərdik, müqaviləmiz buna imkan verirdi».
Sonra isə buna imkan olmayıb, şirkət rəhbərliyi yağların üzərindəki etiketi öz hesabına dəyşimək variantını də araşdırıb, məlum olub ki, buna böyük vəsait və vaxt tələb olunur.
Bütün bu faktlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətində aparılan müzakirədə qeyd edilib. Müzakirə nəticəsində gətirilən yağ partiyasının satışına icazə verilib, amma «XİM POLİMER» şirkəti öhdəlik götürüb ki, növbəti idxal partiyasında etiketdə digər göstəricilərlə yanaşı, istehsalçı ölkənin adı da göstərilməlidir: «Artıq məhsulun satıcısını məlumatlandırmışıq, bununla bağlı problem olmayacaq»-deyə şirkətdən bildirilib.