Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti «Az Estetik Group» MMC ilə bağlı araşdırmaya başladı.
Dövlət Xidmətinin sayəsində 318 min manat istehlakçılara - GERİ QAYTARILIB
FED.az xəbər verir ki, şirkət başqa şirkətin əmtəə nişanından istifadə etməkdə ittiham olunur.
Bu araşdırma «Azcosmetics» MMC-nin ərizəsi əsasında başlanılıb.
«Azcosmetics» MMC-nin müraciətinə əsasən, «Az Estetik Group» MMC «Haqsız rəqabət haqqında» qanunun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərini pozmaqda ittiham olunur.
Bu maddələr
(1) eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi və (2) əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsidir.
Söhbət «Azcosmetics» MMC-yə məxsus
«CUATRO» və «WERTEX» əmtəə nişanlarından «Az Estetik Group» MMC tərəfindən qanunsuz istifadə edilməsindən gedir. Bu məsələ bu gün martın 6-da saat 15-də müzakirə olunacaq.