Dövlət Gömrük Komitəsi qarşısında qoyulan ən əsas vəzifələr gömrük orqanlarının şəffaflaşması, məmnuniyyət səviyyəsinin artırılması, eyni rasional prosedurların tətbiq edilməsi, bərabər imkanların yaradılmasıdır.
Avtomobillərin gömrük rəsmiləşdirilməsində yenilik - GÖMRÜK SƏDRİ AÇIQLADI
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“Bu, qarşımıza qoyulan konkret tapşırıqlardır. Fərd olaraq da bu məsələnin yerinə yetiriləcəyinə tam əminəm. Əvvəlki illərdə gördüyüm təcrübə mənə bunu həyata keçirməyə qətiyyətlə imkan verəcək. Bu yoldan heç vaxt dönən deyiləm”, - deyə Şahin Bağırov bildirib. (Apa)