Azərbaycanda koronavirusdan zərər çəkən sahibkarlar üçün hökumətin dəstək tədbirlərinə start verilib.
Eləcə də bax: Dövlətin verdiyi güzəştli krediti necə götürmək olar?
FED.az xəbər verir ki, Nazirlər Kabineti «Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə» qərar qəbul edib. Bu qərarla əslində indiyədək bəyan edilən tədbirlərin detalları məlum olub və prosesə start verilib.
Sahibkarlara 4 formada dəstək veriləcək
Hələ aprel ayında məlum olduğu kimi, hökumətin biznesə dəstəyi ümumilikdə 4 formada olacaq. Bunlar (1) martın 10-a qədər kredit olanlar üçün kredit faizinin 10%-nin ödənilməsi; (2) ilk 12 aya qədəri güzəşt müddəti olmaqla 3 illik müddətə 500 milyon manat həcmində yeni güzəştli kredit (illik15%-lə) veriləcək; (3) həmin kredit üçün 60% dövlət zəmanəti veriləcək, yəni sahibkar kreditin yalnız 40%-i üçün girov axtarmalı olacaq; (4) yeni kreditlərin faiz dərəcəsinin yarısını dövlət ödəyəcək. İndi isə bu tədbirlərlə bağlı son detallar da dəqiqləşdi.
Yeni kreditlərlə bağlı zəmanət və faiz subsidiyaları
Nazirlər Kabinetinin qərarına əsasən, zəmanət nizamnamə kapitalında dövlətin payı 50%-dən artıq olmayan və pandemiyadan zərər çəkən (yəni fəaliyyət sahəsi İqtisadiyyat Nazirliyinin təsdiqlədiyi siyahıda olan) şirkətlərə və şəxslərə veriləcək.
Riskli vergi ödəyicilərinə «qırmızı işıq»
Amma bunun üçün həmin şəxs bəzi tələblərə cavab verməlidir. Onun indiyə qədər 60 gündən artıq kredit gecikməsi, bank hesabında sərəncam və vergidən yayınma ilə bağlı cinayət işi olmamalıdır. Eləcə də, əgər vergi ödəyicisi Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisidirsə, ona sözügedən kredit və dövlət zəmanəti verilməyəcək. Sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə də zəmanət və subsidiya olmayacaq.
Dövlət Zəmanətini Maliyyə Nazirliyi verəcək
Qaydalara görə kreditlərə dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Sahibkarlıq Fondu arasında bağlanan çərçivə sazişə əsasən vericək, zəmanəti qəbul edən təşkilat Təminat Fondu olacaq.
Hər bir kredit təşkilatı müvəkkil olmaq üçün Sahibkarlığın İnkişafı Fonduna müraciət edəcək. Yeni kreditlərin verilməsi üçün müvəkakil kredit təşkilatlarını Sahibkarlığın İnkişafı Fondu, daha dəqiqi Fondun müşahidə Şurası seçəcək. Banklara limit ayrılanda onların maliyyə vəziyyəti araşdırılacaq. Bunun üçün lazımi məlumatları fond Mərkəzi Bankdan alacaq. Amma həmin limit artırıla da bilər.
Kredit almaq üçün yeni sistemə müraciət ediləcək
Qaydalara görə, yeni kredit, subsidiya və zəmanət almaq üçün iş adamları yeni yaradılan Elektron Kredit Platformasına müraciət etməlidir. Burada sistem sahibkarrın meyarlara uyğun olub olmadığını dərhal yoxlayır, uyğun olmayanda bildiriş verir, uyğun olduqda isə müraciət fonda və banka yollanır. Fond və bank sahibkarın digər meyarlara uyğunluğunu yoxlayıb qərar verirlər. Həmin qərar elektron sistemə yerləşdirilir. Müraciətə imtina olanda, sahibkar həmin səbəbi aradan qaldırıb yenidən müraciət edə bilər. İsçtənidən halda sahibkar məbləği 200 min manatadək olan krkditlər üxz-rə cavabı 7 gün, daha yüksək kreditlər üçün isə 10 gün ərxində alır.
Martın 10-dək krediti olanlara güzəştlər
Belə sahibkarlara dövlət dəstəyi onların kredit faizinin 10%-nin dövlətin ödəməsi olacaq. Bu qayda kreditinin məbləği 5 mpilyon manat keçməyən və indiyədək 60 gündən artıq gecikməsi olmayan sahibkarlar və dövlətin payı 50%-dən çox olmayan şirkətər üçündür. Faiz subsidiyası 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilir.
Sahibkar meyarlara cavab verirsə, krediti olan banka müraciət edir, öz növbəitndə bank da bu müraciəti Sahibkarlığın inkişafı fonduna yönəldir. 10 gün ərzində sahibkara subsidiya verilib verilməyəcəyi barədə cavab deyilir. Nəticə müsbət olarsa, kreditin faizinin həmni hissəsini hər ay fond Banka ödəyəcək.
Əgər şirkətin kreditinin illik faizi 10%-dən azdırsa, bütün faizi dövdlət ödəyir. Xatırladaq ki, bu güzəşt 1 il nəzərdə tutulub. Kreditin bitməsinə 1 ildən az vaxt qaldıqda güzəşt krediti bitiməsinə qədər qüvvədə olur.