“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya ərazisinə daxil olan beynəlxalq bağlamalara 30 faiz vergi qoyub.
FED.az-ın məlumatına görə, bu barədə "Azərpoçt" MMC məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı
Bu verginin ödənişi poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.
Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin 1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların buraxılmasına icazə verməyəcək.
Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.
Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir. Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb Rusiyaya çatdırılması əsla sərfəli deyil.
Rusiyaya göndərilən poçt bağlamalarına – YENİ VERGİ QOYULDU
20:16
19 Fev 2019