Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan Rusiya ərazisinə 20 tona yaxın tütün məhsullarının keçirilməsinin qarşısını alıb.
FED.az xəbər verir ki, bununla bağlı xidmətin saytında məlumat yerləşdirilib.
“Rusiyanın Dağıstan ərazisindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gələn və tütün məhsulu daşıyan yük maşınına baxış keçiriblər. Laboratoriyada araşdırmalar zamanı mallarda zərərli maddə aşkar edilib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, məhsul sahibləri inzibati məsuliyyətə cəlb edilib. Malların Azərbaycana qaytarılması ilə bağlı qərar qəbul olunub.