Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın guya Ukraynadan taxıl oğurlaması ilə bağlı məlumatlar saxtadır.
Eləcə də bax: Zelenskidən taxıl - XƏBƏRDARLIĞI
FED.az xəbər verir ki, “Xeyr, bizdə məlumat yoxdur, o, saxta kimi görünür, daha doğrusu, saxtadır”, - Kreml sözçüsü bildirib.
BMT daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyası guya Ukraynadan taxıl oğurlayır, onu yük maşınlarında aparır.
“Bunu BMT-yə kimin dediyini dəqiq bilmirəm, amma aydındır ki, onlar bu məlumatı yoxlamayıblar”, - Peskov hesab edir. (Marja)