Ukrayna prezidenti Vladimir Zelenski davam edən müharibə səbəbindən taxıl istehsalı ilə bağlı xəbərdarlıq edib.
Eləcə də bax: Putindən ixrac qadağası – FƏRMAN İMZALADI
FED.az xəbər verir ki, Avstraliyanın “60 dəqiqə” xəbər proqramına danışan Zelenski Rusiyanın Qara dənizə nəzarət etdiyini və gəmilərin girib-çıxmasına icazə vermədiyini bildirib.
Zelenski bildirib ki, Rusiyanın blokadası səbəbindən Ukrayna milyonlarla ton taxıl itirə və bu, Avropa, Asiya və Afrikada ərzaq böhranına səbəb ola bilər.
Zelenski bəyan edib ki, Rusiya Ukrayna iqtisadiyyatını tamamilə blokadaya almaq istəyir. (Marja)