Rusiyada qiymət artımı ilə bağlı hökumətin narahatlığı və prezident Vladimir Putinin göstərişindən sonra ticarət şəbəkələri bir sıra məhsulların qiymətini artırmayacaqlarını elan ediblər.
Eləcə də bax: Gürcüstanda un - Bahalaşıb
FED.az xəbər verir ki, ölkədəki 50 iri ticarət şəbəkəsinin gəldiyi razılığa görə, şəkər və günəbaxan yağının qiyməti bütün ölkə üzrə eyni olacaq.
Razılaşmaya əsasən şəkərin kiloqramının qiyməti 46 rublu (0,63 dollar və ya 1,07 manat), günəbaxan yağının kiloqramının qiyməti isə 110 manatı (1,5 dollar və ya 2,56 manatı) keçməməlidir.
Bu qiymətlər 2021-ci ilin 1-ci rübünün sonuna kimi qüvvədə olacaq.