Son həftələr Gürcüstanda unun qiymətində artım müşahidə olunur.
Eləcə də bax: Gürcüstanda ərzaq - Bahalaşıb
FED.az xəbər verir ki, 50 kiloqramlıq çörək ununun bir kisəsi 6-7 lari bahalaşıb.
İki-üç həftə bundan öncə qiyməti 61-63 lariyə olan 50 kiloqramlıq un kisəsi hazırda 68-69 lariyə təklif olunur.
Qiymət artımı kiçik çörəkbişirmə müəssisələrinə mənfi təsir göstərib. Bahalaşma davam edərsə, müəssisələr çörəyin qiymətini artıra və ya fəaliyyətlərini dayandırmalı olacaqlar.
Gürcüstan hökumətinin subsidiya proqramı çərçivəsində gələn ilin martın 31-dək dəyirmanlar üçün 50 kiloqramlıq un kisəsi üçün qiymət 53 lari səviyyəsində müəyyən edilib. (Report)