2021-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında Rusiyada xiyarın qiyməti 48,7%, pomidorun qiyməti 43,8%, kartofun qiyməti 15,5%, portağalın qiyməti 10,7%, bananın qiyməti 5,8% artıb.
Eləcə də bax: Rusiyada buğda qiyməti son - 9 İLİN ZİRVƏSİNDƏ
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xitmətinin ("Rosstat) aylıq hesabatında bildirilir.
Eyni zamanda, limon 14,9%, alma 5%, soğan 2,4%, üzüm 1,9%, yerkökü 1,8%, ağ kələm 0,2% ucuzlaşıb.
Hesabata görə, ölkədə ərzaq qiymətləri bu ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,89% artarkən, qiyməti ən çox artan əsas qida məhsullarından xiyarın qiyməti 90%, kartofun qiyməti 76%, pomidorun qiyməti isə 65% yüksəlib. (Marja)