Qida və içki şirkətləri müştərilərinə 15-30% qiymət artımı barədə xəbərdarlıq ediblər.
Eləcə də bax: Rusiyada mağazalarda boş rəflər, ərzaq çatışmazlığı... - VİDEO
FED.az xəbər verir ki, bu barədə cümə axşamı "Kommersant" qəzeti məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, qiymətlərinin artması inqrediyentlərin və qablaşdırmanın bahalaşması, o cümlədən rublun devalvasiyası ilə bağlı ola bilər. Bu tendensiyalar bütün bazar üçün xarakterikdir. Sənayedəki mənbə qeyd edib ki, qiymətlərin artımına logistika xərclərinin artması da təsir edib. Bu yaxınlarda inqrediyentlər 50-100% bahalaşıb, tədarükün pozulması hamı üçün eynidir. (Marja)