Rusiya şəhərlərinin sakinləri təlaş içində supermarketlərdəki ərzaqları alır, nəticədə defisit yaranır.
Eləcə də bax: Rusiyada ərzaq mallarının satışına məhdudiyyət qoyulur - LİMİTLƏ SATILACAQ
FED.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə rusiyalı istifadəçilər tərəfindən paylaşılır.
Sankt-Peterburq, Nijni Novqorod, Kopeyks və s. şəhərlərdən olan alıcıların paylaşımlarından aydın görünür ki, mağazalarda gündəlik istifadə üçün nəzərdə tutulmuş ərzaqlar: şəkər tozu, qarabaşaq, un, makaron yoxa çıxıb.
Kəskin tələbat səbəbindən məhsulların alışına limit qoyulub. Alıcılara bir məhsuldan 5 və ya 10 ədəddən çox almağa icazə verilmir. (Qafqazinfo)