Bu ilin noyabr ayında Rusiyada istehsal olunmuş ümumi daxili məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% az olub.
Eləcə də bax: Rusiyada qənd və yağın qiyməti artmayacaq – RAZILAŞMA
FED.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin hazırladığı "2020-ci ilin noyabr ayı üçün işgüzar fəaliyyətin mənzərəsi" adlı hesabatda bildirilir.
Sənəddə həmçinin deyilir ki, oktyabr ayı üçün sözügedən göstərici 4,5 % təşkil edib.
2020-ci ilin yanvar-noyabr aylarında isə Rusiya iqtisadiyyatı illik müqayisədə 3,5% kiçilib. (Report)