Rusiyada illik inflyasiya iyun ayında 0,03 faiz zəifləyərək 16,19 faiz təşkil edib.
Eləcə də bax: Rusiyanın həbs qoyulan əmlakı Ukraynaya veriləcək – QANUN HAZIRLANIR
FED.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin hesabatında deyilir.
Nazirlikdən verilən məlumata görə, inflyasiya iyunun 25-dən iyulun 1-dək mənzil-kommunal xidmətlərin tariflərinin artırılması ilə əlaqədar olaraq 0,23 faizə qədər sürətlənib.
Məzuniyyətlər dövrü ilə əlaqədar olaraq turizm xidmətlərinin qiymətlərində mövsümi artım davam edib: qiymətlər bir həftə əvvəlki 0,79%-dən sonra 3,65% artıb.
Qida sektorunda qiymətlərin azalması bir həftə əvvəl -0,30%-dən sonra -0,38%-ə qədər sürətlənib. Bu, meyvə-tərəvəzin, ət məhsullarının, yağ və piylərin, süd və xəmir məhsullarının, şəkərin, yumurtanın, makaron və dənli bitkilərin ucuzlaşması ilə bağlıdır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, avtomobillərin və məişət kimyası məhsullarının qiymətlərində artımın bərpasına baxmayaraq, qeyri-ərzaq məhsullarının qiymətləri -0,07% ucuzlaşıb. Elektrik və məişət texnikası, tikinti materialları, geyim və ayaqqabı ucuzlaşmaqda davam edir, benzinin qiyməti 17-ci həftədir ki, ucuzlaşır. (Trend)