Rusiyada illik inflyasiya 2015-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Eləcə də bax: Rusiyada ərzaq məhsullarının satışı təxminən - 50% ARTIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.
Bildirilib ki, 5-11 mart tarixlərini əhatə edən həftə ərzində Qərb ölkələrinin sanksiyaları səbəbindən ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.
Sözügedən dövrdə həftəlik inflyasiya 2,1 faiz, illik inflyasiya 2015-ci ilin dekabrından bəri ilk dəfə 2,1 dəfə artaraq 12,5 faizə yüksəlib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada sanksiyalara görə Rusiya iqtisadiyyatında transformasiya olacağını, bunun da inflyasiya və işsizliyin artmasına səbəb olacağını bildirib.
Qeyd edək ki, ekspertlər Rusiya rublunun dollar qarşısında ucuzlaşmasının hələ də qiymətlərdə tam əks olunmadığını, inflyasiyanın daha da artacağını ehtimal edirlər. (Qafqazinfo)