Saqqız Rusiyada Qərbin tətbiq etdiyi sanksiyalar dövründə ən çox bahalaşan məhsul olub.
Rusiyada sanksiyalara görə - ÇAXIR TIXACI PROBLEMİ YARANIB
FED.az xəbər verir ki, 2022-ci ilin martından indiyədək, yəni son bir ildə Rusiyada saqqızın qiyməti 22% artıb. Rusiya Statistika Komitəsinin məlumatına görə, saqqızın bahalaşması son 10 ildə rekord həddə çatıb. Belə ki, son bir ildə saqqızın qiyməti bir qutu üçün 7 rubl bahalaşaraq 39 rubla yüksəlib. Statistika komitəsi bildirir ki, saqqız Rusiyada əvvəllər də bahalaşırdı amma bu bahalaşma ildə 3 rublu keçmirdi.
«Turbo» saqqızlarını istehsal edən «K-Artel» şirkətinin icraçı direktoru Roman Şuvaev bildirib kİ, bahalaşmanın əsas səbəbi qərb sanksiyalarıdır. Bu sanksiyalar nəticəsində saqqızın qutusu, qablaşdırması rəng və sairin qiyməti artıb. Eləcə də saqqızın tərkibini təşkil edən əsas komponentlər, o cücmlədən sintetik kauçuq da bahalaşıb.