Rusiyada sanksiyalar nəticəsində palıddan hazırlanan şərab tıxacı problemi yaranıb.
FED.az xəbər verir ki, bu barədə «Baza» yerli şərab istehsalçılarına istinadən xəbər verir.
Şirkətlər bildirir ki, sanksiyalar səbəbindən Rusiyanın şərab şirkətləri çaxır üçün tıxacları Türkiyə və Kiprdən almalı olurlar, bu da 20-30% baha deməkdir, əvvəllər isə tıxaclar Avropadan alınırdı. Artıq 2024-cü ildən bu addım qiymətlərə təsir etməyə başlayacaq.
Ekspertlərn bildirir ki, belə getsə, palıd tıxacı olan çaxırlar yüksək qiymət seqmentinə keçəcək. Adi çaxırlarda isə plastik tıxaclar və ya vintli alüminium qapaqlar istifadə olunacaq. Bu isə içkinin ətri və dadına mənfi təsir edə bilər.