Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti mozaika virusuna (meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla, 100-dən çox bitki növündə aşkarlanan virus-red) görə Ermənistandan pomidorun idxalını məhdudlaşdıra bilər.
Eləcə də bax: 2 aydır Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
FED.az xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumata görə, bu barədə federal xidmətdə bildiriblər.
Xidmət Ermənistana Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi xahiş edib. Qeyd edilir ki, xidmət tərəvəzlərdə virusun təkrar aşkarlanacağı təqdirdə pomidorun Ermənistandan idxalını məhdudlaşdıra bilər.
Qeyd edək ki, Ermənistandan Rusiyaya göndərilmiş pomidorlarda virus aşkarlanıb. Ekspertlər qeyd edib ki, virus Rusiyada tərəvəzçiliyə böyük ziyan vurmaq baxımından olduqca təhlükəlidir. (Report)