2020-ci ilin 9 ayı ərzində Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycanda şəkər ixracı - AZALIB
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında pomidor ixracı miqdar ifadəsi ilə 15,5%, məbləğ ifadəsi ilə 17,9% artıb. Xatırladaq ki, 2019-cu ilin 9 ayında Azərbaycandan 142 milyon 291 min dollar dəyərində 134 min 148 ton pomidor ixrac edilmişdi.
Artımlar cari ilin yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
Diqqəti cəlb edən avqust və sentyabrda pomidor ixracının azalmasıdır. Sentyabrda xaricə cəmi 763 min dollar dəyərində 861 ton pomidor ixrac edlib. Avqustda isə xaricə cəmi 493 min dollar dəyərində 591 ton pomidor ixrac edlib.
2020-ci ilin 7 ayı ərzində Azərbaycandan 166 milyon 546 min dollar dəyərində 153 min 528 ton pomidor ixrac edilmişdi.
2019-cu ilin 12 ayı ərzində isə Azərbaycandan 174 min 548 ton pomidor ixrac edilərək 189 milyon 292 min dollar valyuta gəliri əldə edilmişdi. Azərbaycandan ən çox pomidor Rusiyaya göndərilir. (Marja)