Rusiya təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır.
Eləcə də bax: Daha bir Avropa ölkəsi Rusiya qazını - RUBLLA ALACAQ
FED.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya təbii qaz ixracatında tətbiq edilən rubl ödəniş sisteminin digər ixrac məhsullarında da tətbiq olunacağına əmindir.
Peskov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamalarında Rusiyaya qarşı sanksiyalar və Rusiya qazının ixracı üçün yeni tətbiq edilən rubl ödəmə sistemi ilə bağlı qiymətləndirmələr edib.
Rusiyaya qarşı tarixin ən əhatəli sanksiyalarının həyata keçirildiyinə diqqət çəkən Peskov, “Bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın aşınmasıdır və aşınma prosesi sürətlənir. Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”.
Rusiyanın təbii qaz ixracatından əldə edilən gəlirləri “ələ keçirməmək” üçün rubl ödəmə sisteminə keçdiklərinə diqqət çəkən Peskov, “Bu sistemin gələcəkdə digər mal qruplarına da tətbiq olunacağından şübhəm yoxdur. Xarici ticarət əlaqələrimizdə daha çox yer tutacaq”, -ifadələrdən istifadə edib.
“Rusiya üçün tam təcriddən söhbət gedə bilməz”
"Rusiyanın tam qlobal təcridindən söhbət gedə bilməz" deyən Peskov, “Müasir dünyada bu, texnoloji cəhətdən mümkün deyil və dünya Avropadan çox böyükdür. Rusiyanın özü də Avropadan çox böyükdür. Amma xaricdəkilər (ABŞ) bunu istəsələr də, istəməsələr də gec-tez biz dialoqa getməli olacağıq”, - deyib.
Londonun “cinayətkarlar və oğrular” üçün cənnətə çevrildiyini qeyd edən Peskov bildirib:
“Son 20 ildir ki, pul oğurlayan pis insanlar Londonda görüşürlər. Londonda bu oğrulara hörmət edirlər və oğurladıqları pulları xərcləyirlər. Həmin şəxslərin deportasiyası üçün hüquq-mühafizə orqanlarımızla heç bir əməkdaşlıq yoxdur. Bu şəhər, cinayətkarlar üçün əsl cənnətdir”. (Marja)