Kazanda aqrar-sənaye parkının ərazisində "Rusiya - İslam Dünyası" on beşinci beynəlxalq iqtisadi forumunun rəsmi tədbirlərindən birincisi olaraq Rusiya Halal Market beynəlxalq halal məhsullar yarmarkası açılıb.
AZPROMO: "Bu il daha iki Ticarət Evinin açılması gözlənilir"
FED.az xəbər verir ki, yarmarkada həm Rusiya müəssisələri - Tatarıstan, Şimali Qafqaz və digər regionlardan, həm də xaricdən şirkətlər iştirak edir. Sərgidə Qazaxıstan, İran, Azərbaycan, Şri-Lanka və Pakistan malları da təqdim olunur.
Sərgi iştirakçılarının qeyd etdiyi kimi, halal sənayesi bütün dünyada inkişaf edir.
Sərginin ziyarətçiləri Hindistandan çay, Qırğızıstandan quru meyvə və qoz-fındıq, Azərbaycandan mürəbbə, kompot və nar şirəsi ala bilərlər. Stendlərdən birində Əfqanıstan məhsulları - suvenirlər, geyimlər və qəlyanaltılar nümayiş etdirilir.
Rusiya Federasiyası Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzin direktoru Dmitri Krasnov bildirib ki, yarmarkada beş minə yaxın mal təqdim olunur. “Halal məhsulların populyarlığı təkcə İslama etiqad edən ölkələrdə deyil, bütün dünyada getdikcə artır. Bu gün halal məhsulların qlobal idxalı 300 milyard dollardan çoxdur.” - deyən nazir qeyd edib.