Bu il isə Çinin Çendu və Nankin şəhərlərində daha iki Ticarət Evinin rəsmi açılışı gözlənilir.
"Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 9,8 faiz artıb" - MƏTBUAT KONFRANSI
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycan məhsullarının ölkəmizdən kənarda tanıdılması məqsədilə 8 xarici ölkədə 12 ticarət evi fəaliyyət göstərir. 2023-cü ildə Pekin və Sian şəhərlərində daha iki Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. 2023-cü ildə TN Aparatının dəstəyi ilə Çinə qida, içki məhsulları və xalçaların ixracı üzrə 2.1 mln dollar dəyərində 7 müqavilə imzalanıb.
"Bu il isə Çinin Çendu və Nankin şəhərlərində daha iki Ticarət Evinin rəsmi açılışı gözlənilir". -deyə icraçı direktor əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır.