Rusiyada Aqrar-sənaye kompleksi və kənd ərazilərinin davamlı inkişafı üzrə Hökumət Komissiyası mineral gübrələrin ixracı üçün 2022-ci ilin sonuna qədər qüvvədə olan kvotanın 2023-cü il mayın 31-dək uzadılmasını dəstəkləyib.
Eləcə də bax: Azərbaycanda 100-dən çox şirkət və sahibkar - GÜBRƏ SATIR
FED.az xəbər verir ki, Bu barədə Rusiya baş nazirinin müavini Viktoriya Abramçenkonun mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyası hökumətinin mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün gördüyü tədbirlər səmərəli hesab edilsin. Mineral gübrələrin bahalaşmasının qarşısını almaq üçün əvvəllər görülmüş tədbirlərin 2023-cü il mayın 31-dək uzadılması dəstəklənsin", - müraciətdə deyilir.
Söhbət ilk növbədə gömrük tariflərinin tənzimlənməsi tədbirlərindən, xüsusən də gübrələrin ixracına qoyulan kvotalar və məhdudiyyətlərdən gedir.
Mayın 31-də Rusiya hökuməti azot və digər gübrələrin ixracı üçün kvotaların 2022-ci il iyulun 1-dən dekabrın 31-dək uzadılmasını təsdiqləyib. İlkin olaraq kvotalar 2021-ci il dekabrın 1-dən 2022-ci il mayın 31-dək tətbiq edilib.
Bundan əlavə, ötən ilin iyul ayında mineral gübrə istehsalçıları fermerlər üçün məhsullarının qiymətlərini 2021-ci ilin sonuna qədər saxlamaq qərarına gəliblər, daha sonra qiymət sabitləşdirmə rejiminin 2022-ci ilin may ayının sonuna qədər uzadılması planları məlum olub. (Marja)