Rusiya ammonium nitrat gübrəsinin ixracını iki ay müddətinə dayandırıb.
Eləcə də bax: Azərbaycanın gübrə satışından qazancı - 11 DƏFƏ ARTIB
FED.az Rusiya hökumətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bu gündən aprelin 2-dək ammonium nitrat gübrəsinin ixracının müvəqqəti olaraq dayandırılır.
Açıqlamada sözügedən qərarın Rusiya fermerlərini qorumaq üçün atılan müvəqqəti addım olduğu qeyd edilib.
"Bu, müvəqqəti tədbirdir. Aprelin 2-dən sonra, Rusiya şirkətləri ehtiyac duyduqları gübrəni əldə etdikdən sonra yerdə qalan həcm ixrac olunacaq", - Rusiya baş nazirinin müavini bildirib. (Marja)