2021-ci ildə Azərbaycan gübrə ixracından 121 289.05 min ABŞ dolları qazanıb. Bu da illik müqayisədə 110 279.65 min ABŞ dolları və ya 1 001.7% çoxdur.
Eləcə də bax: Azərbaycanın xaricdən aldığı çay - 10% BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bildirdiyinə görə, Azərbaycanın xaricdən aldığı gübrənin dəyəri 45 754.37 min ABŞ dolları, miqdarı isə 131 098.81 ton olub. 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 101 312.23 min ABŞ dolları və 351 691.08 ton təşkil edirdi. İllik müqayisə aparsaq görürük ki, gübrə idxalının dəyəri 55 557.86 ABŞ dolları və ya 54.8%, miqdarı isə 220 592.27 ton və ya 62.7% azalıb.