Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb.
“Qohumluq əlaqələri ilə eyni subyektləri fərqli insanlar idarə edir”
FED.az xəbər verir ki, hazırda parlamentin iclasında “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunur.
Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.