“Rəqabət Məcəlləsinin əsas üstünlüklərini bölmələrə bölmüşük”.
“Ticarət haqqında” - QANUN HAZIRLANIR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı bildirib.
“Bu gün müxtəlif bazar subyektləri var ki, ya sahibliyi dolayısı ilə eynidir, ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Yeni qanunvericiliklə bu benefisiar nöqteyi-nəzərdən tənzimlənəcək.
Digər bölmə rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlıdır. Bu gün bizə müraciət olur ki, rəqib bazardan çəkilməyimizi, iştirak etməməyimizi istəyir. Yeni qanunvericiliklə bütün bunlar tənzimlənəcək”, -deyə Xidmət rəisi qeyd edib.
M.Abbasbəyli vurğulayıb ki, yeni qanunda maliyyə sanksiyaları və cərimələrin tətbiqi dövlət büdcəsini doldurmaq məqsədi daşımır: “Məqsəd Rəqabət Məcəlləsinin işləməsini tənzimləmək, azad bazar və rəqabət mühitinə mane olan şəxslərin cəzalandırılmasıdır”.