Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq.
“2025-ci ilin sonuna inflyasiya 6%, 2026-cı ilin sonuna isə 5,7% olacaq”
FED.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" reytinq agentliyinin proqnozunda bildirilib.
Agentlik bu ilin sonuna inflyasiya proqnozunu 6% müəyyən edib. "S&P" ölkədə qiymətlərin artım tempini 2026-cı ildə 4,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırıb.
Başqa sözlə, reytinq agentliyinin qiymətləndirməsinə görə, inflyasiya növbəti illərdə tədricən sabitləşəcək və orta müddətli dövrdə 4–4,5 faiz intervalında formalaşacaq. (Apa)













