Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən və faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında ölkədəki makroiqtisadi göstəricilər və inflyasiya proqnozları barədə danışıb.
Azərbaycanda gələn il üçün inflyasiya proqnozları açıqlanıb
FED.az xəbər verir ki, Taleh Kazımovun sözlərinə görə, xarici ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 2024-cü ilin iyun ayında 8,9% təşkil edib və bu göstərici sentyabr ayında Azərbaycanda inflyasiyaya 3,12% artıcı təsir göstərib. Heyvandarlıq məhsullarında qiymət artımı isə 9,6% səviyyəsində qeydə alınıb.
İnflyasiya proqnozlarına toxunan sədr qeyd edib ki, 2025-ci ilin oktyabr ayı üzrə inflyasiya proqnozu iyul ayına nisbətən 0,3% artaraq ilin sonuna 6% təşkil edəcək. 2026-cı ilin sonuna isə inflyasiyanın 5,7% olacağı gözlənilir.












