Azərbaycanda istehsal sahəsində inhisarçılığın olması xoşagələn hal deyil, amma başa düşüləndir.
“Deputatların AZAL heyəti ilə görüşündən sonra bəzi miflər dağıldı”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - Rəqabət Məcəlləcinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə bildirib.
"Azərbaycan hələ ki, tam mənada öz iqtisadi potensialını işə sala bilməyib. Respublikada daxili bazar müəyyən mənada məhduddur. Belə olduqda əlbəttə hansısa şirkət bura invesitiya qoyub müəssisə yaradırsa, inhisarçı olur. Tutaq ki, o, bazara pul yatırır və 60 % paya sahib olur. Bu zaman biz ona inhisarçı deyə bilmərik. Avropa ölkələri bu mərhələni artıq keçiblər. Biz Rəqabət Məcəlləsini qəbul etməklə yanaşı istehsalımızın rəqabətə davamlılığının artırılması istiqamətində tədbirlər görməliyik", - deyə o qeyd edib. (Report)