“AZAL-la bağlı mənfi mif var idi, lakin Milli Məclis deputatlarının AZAL heyəti ilə görüşündən sonra bəzi miflər bizdə dağıldı”.
AZAL-da deputatlar ilə görüş - AZAL-ın yeni planları var - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, məsələnin içinə daha dərin girəndə, rəqəmlərə baxanda bəzi məsələlər aydın olur: “Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanından AZAL-dan əlavə daha 13 beynəlxalq hava yolları şirkəti sərnişin daşıyır. O şirkətlər sərnişinlərin 40 %-ni daşıyır, məsələn Türkiyədə Türk Hava Yolları limanın 80 % sərnişinini daşıyır. Bu məgər Türkiyə xalqının maraqlarına xidmət etmir?”