Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar hazırda Azərbaycan-Rusiya ticarət münasibətlərinə mənfi təsir göstərməyib.
FED.az xəbər verir ki, “Hələlik anti-Rusiya sanksiyalarının heç bir mənfi təsirini görməmişik. Lakin hadisələrin necə cərəyan edəcəyini bilmirik, sanksiyalar qüvvədə qalarsa, yaxın yarım il və ya bir il ərzində nə baş verəcək”, - Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə ticari münasibətləri kifayət qədər şaxələndirilmişdir, ticarət dövriyyəsinin həcmi artır. “Lakin RF barəsində sanksiyalar şəraitində ticarət, pul köçürmələri sahəsində nə baş vercəyini anlamaq lazımdır. Biz bu şəraitdə nələr edə biləcəyimizə, hansı qərarlar qəbul edə biləcəyimizi nəzərdən keçirməliyik”, - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, aprelin 26-da Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasda gələcəkdə atılacaq addımlar müzakirə olunub. “Bizim fermerlər üün Rusiya ən iri bazardır. Həmçinin, Rusiya istehsalçıları üçün bizim bazar böyük önım kəsb edir. Xarici ticarətdə bizdə mənfi saldomuz var, biz Rusiyadan daha çox alırıq, nəinki satırıq. Lakin Rusiyaya ixracımız artır”, - prezident əlavə edib. (İntefaks-Azərbaycan)