Putinin satılan qazın ödənişlərini rubl ilə qəbul etmək qərarı Qərbi təəccübləndirib, əslində Avropanı öz sanksiyalarını pozmağa məcbur edir.
Eləcə də bax: Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq – PUTİNDƏN AÇIQLAMA - VİDEO
FED.az xəbər verir ki, bu fikri Düsseldorfdan olan alman iqtisadçısı Yens Zudekum “Der Spiegel”ə istinadən bildirir.
Zudekum əlavə edib ki, bu qərarı həyata keçirmək üçün avropalı tərəfdaşlar Avropa İttifaqının sanksiyaları altında olan Rusiya Federasiyası Mərkəzi Bankından rubl almalı olacaqlar. (Marja)