ABŞ prezidenti Donald Tramp ən yaxın zamanda Avropa mallarına gömrük rüsumu tətbiq oluna biləcəyini açıqlayıb.
Tramp: "Kanada vergiləri azaltmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır"
FED.az xəbər verir ki, Ağ Ev rəhbəri Avropanın ölkəsinə qarşı ədalətsiz ticarət siyasəti yürütməsindən gileylənib.
“Onlar bizim avtomobilləri qəbul etmilər, bizim kənd təsərrüfatı məhsullarını qəbul etmirlər. Onlar demək olar ki, heç nəyimizi qəbul etmirlər, biz isə onların hər şeyini qəbul edirik – milyonlarla avtomobildən tutmuş külli miqdarda ərzaq və kənd təsərrüfatı məhsullarına kimi”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, gömrük rüsumlarının tətbiq olunacağı konkret qrafik olmasa, bu çox yaxın zamanda baş verəcək. Birləşmiş Ştatların prezidenti iddia edir ki, ölkəsini faktiki olaraq dünyanın bütün dövlətləri talan edib və Amerikadan sadəcə öz xeyirlərinə istifadə ediblər. (Trend)