"Moody's Investors Service" şirkəti 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4%-ni təşkil edəcəyini proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu proqnoz 2020-ci ilin yekunlarına əsasən qeydə alınmış faktiki göstəricidən 1,3 faiz bəndi azdır.
Qeyd edək ki, Dünya Bankının sonuncu proqnozuna görə, bu il ölkənin xarici dövlət borcu ÜDM-in 20%-nə bərabər olacaq.
Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib. 2019-cu ilin yekunlarına əsasən isə bu göstərici 8,927 mlrd. dollar və ya ÜDM-in 19%-nə bərabər olub. (Apa)