"Moody's Investors Service" bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 19,7% təşkil edəcəyini proqnozlaşdırır.
Eləcə də bax: "Moody’s" Azərbaycanın büdcə gəlirləri üzrə proqnozunu - Açıqlayıb
FED.az xəbər verir ki, bu, ötən ilin göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,091 mlrd. ABŞ dolları və ya ÜDM-in 18,9% təşkil edib.
Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,6%, Beynəlxalq Valyuta Fondu – 20,1%, "Fitch Ratings" agentliyinə isə 18,3% təşkil edəcəyini proqnozlaşdırır. (Apa)