Azərbaycanda keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində bu ilin sonuna qədər böyük sıçrayıcı addımlar atılacaq.
“Qohumluq əlaqələri ilə eyni subyektləri fərqli insanlar idarə edir”
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə deyib.
M. Abbasbəyli qeyd edib ki, artıq ölkədə bu sahədə mövcud hüquqi-normativ bazanın təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələr hazırlanaraq hökumətə təqdim edilib:
"İlin əvvəlində Azərbaycan standartlaşdırma sisteminin beynəlxalq sistemə uyğunlaşdırılması üzrə 3 illik dövlət proqramı qəbul edilib. Bu proqramın icrası nəticəsində Azərbaycan nəinki texniki tənzimləmə sisteminin ölkədə qurulmasını başa çatdıracaq, həm də ticarətin, əsasən də xarici ticarətin asanlaşdırılmasına və bizim ticarət fəaliyyətimizin təşviqinə böyük stimul verəcək".
M.Abbasbəyli əlavə edib ki, hökumətin bir tərkib hissəsi olaraq Dövlət Xidməti institusional və sahəvi islahatların sürətləndirilməsini təmin edib:
"Xidmətin fəaliyyətinə aid olan hər 4 sahə üzrə sistematik və dayanıqlı islahatların aparılması artıq tamamlanma mərhələsindədir". (Report)