Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda sənaye sektoru 2,1%, kənd təsərrüfatı sektoru isə 3,5% böyüyəcək.
Eləcə də bax: "Fitch": Azərbaycan iqtisadiyyatı bu il - 2,5% Böyüyəcək
FED.az xəbər verir ki, AİB-in proqnozuna görə, 2022-ci ildə isə sənaye sektorunda 2,9%-lik artım proqnozlaşdırılır və hər iki ildə artımın əsas drayverləri daha yüksək qaz hasilatı və inşaat sektorunun bərpası olacaq.
Kənd təsərrüfatı sektoruna gəldikdə, bankın hesablamalarına görə, gələn il də sözügedən sahədə 3,5%-lik artım gözlənilir və 2021-2022-ci illərdəki böyümə subsidiyalar da daxil olmaqla fermerlərin daha asan şərtlərlə maliyyələşməsi ilə dəstəklənəcək. Bundan əlavə, azad olunmuş ərazilərin bərpası inşaat sektoruna da 2021-2022-ci illərdə güclü təkan verəcək.
Qeyd edək ki, COVID-19 pandemiyası fonunda 2020-ci ildə Azərbaycanda sənaye sektoru 5% azalıb, kənd təsərrüfatı məhsullarının istehsalı isə 2% artıb. (Apa)