"Fitch Solutions" şirkəti "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkə iqtisadiyyatı üzrə builki proqnozunu 0,4% böyümədən 9,7% azalmaya dəyişib.
Eləcə də bax: «Taliban» Əfqanıstanda narkotik əkinini dayandırıb – «BAŞQA BİTKİLƏR ƏKİLƏCƏK»
FED.az xəbər verir ki, 2022-ci il üzrə ÜDM proqnozu isə 0,9%-lik böyümədən 5,2% kiçilməyə qədər endirilib.
Şirkət qeyd edir ki, ABŞ təhlükəsizlik qüvvələrinin ölkəni tərk etməsi və "Taliban"ın nəzarəti ələ keçirməsi Əfqanıstanda iqtisadi problemlərin kəskin şəkildə hiss ediləcəyi anlamına gəlir. (Apa)