Türkiyənin Rəqabət Qurumu İtaliyanın iri şokolad və qənnadı məmulatları istehsalçısı "Ferrero International S.A" və onun fındıq bazarındakı törəmə şirkətləri barəsində araşdırmalara başlayıb.
Eləcə də bax: Türkiyə fındıq sektoru - Ferrero-ya QARŞI
FED.az xəbər verir ki, araşdırma istehsaldan ixraca qədər bütün mərhələləri əhatə edir.
Fındıq bazarında Rəqabət Haqqında Qanunun pozulduğu iddia olunur.
Qanunun satınalma, istehsal, emal və ixrac mərhələlərində pozması ilə bağlı kifayət qədər sübutlar olduğu bildirilir. (Marja)